Abşeronun kənd və qəsəbələrində reyd keçirilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronun kənd və qəsəbələrində reyd keçirilib - Fotolar

Kriminal

01 Dekabr 2020 12:17 910


Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində davam etdirilib.

Yenisabah.az xəbər verir ki, rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, İctimai Şuranın, polis əməkdaşlarının və  könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb.

Abşeron rayonunun kənd və qəsəbələrində keçirilən növbəti reydlər zamanı satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Eyni zamanda, karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar. pizza sifarişi

Aparılan monitorinqlər zamanı Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar yerindəcə aradan qaldırılıb, mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!