Abxaziyalı separatçılar Qarabağa yollanır -  Foto

Abxaziyalı separatçılar Qarabağa yollanır - Foto

Hadisə Veb saytların hazırlanması

06 Noyabr 2020 17:42 1272


Donbasdakı fəaliyyəti ilə tanınmış terrorçu Axra Avidzba (Abxaz) etnik ermənilərdən ibarət qrup toplayaraq Qarabağda döyüşlərə yollanacağını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə rusiyalı mediasında xəbər yayılıb.

Qeyd olunub ki, Axra Avidzba Abxaziyadan olan etnik ermənilərdən qrup toplayıb. Onlar bu günlərdə Qarabağda döyüşmək üçün yola düşəcəklər. Hələlik qruplaşmanın neçə nəfərdən ibarət olacağı barədə məlumat yoxdur.

Sosial şəbəkə üzvləri isə “etnik ermənilər”in fotoları çəkilən yerə diqqət etdikdə oranın Rusiyanın Soçi şəhəri olduğunu bildiriblər. Qeyd olunub ki, Rusiya Ermənistanı Qarabağ münaqişəsində dəstəkləmir və həmin şəxslər etnik erməni deyil, əsl muzdlulardır. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!