AÇ-2023: Millimiz məğlubiyyətlə başladı

saytların hazırlanması

Evə çatdırılma

AÇ-2023: Millimiz məğlubiyyətlə başladı

İdman

04 Avqust 2022 00:06 1498


Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Yenisabah.az xəbər verir ki, millimiz ilk matçda Danimarka yığması ilə qarşılaşıb.

Bakıda Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 25:22 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin və matçın qalibi olub – 3:1. pizza sifarişi

Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Bakıda Voleybol Mərkəzində keçiriləcək.

Təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 

AÇ-2023-ün təsnifat mərhələsi

A qrupu

3 avqust

Azərbaycan – Danimarka 1:3 (22:25, 25:23 16:25, 16:25)

Bakı. Voleybol Mərkəz

/Sports.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!