Taylandın şimal-şərqindəki Ban Ta Klanq kəndində yaşayan Siriporn Sapmak adlı oğlanın pul qazanmaq üçün iki filini sosial mediada canlı yayıma çıxarması müzakirələrə səbəb olub.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, məktəbli vaxtlarından fillərə qulluq edən 23 yaşlı Sapmak baxdığı heyvanlara banan yedizdirdiyi anları mobil telefonu ilə lentə alıb.
Siriporn deyir ki, o, “TikTok” və “YouTube”da saatlarla canlı yayım edərək təxminən 1000 baht (44 manat) toplaya bilib, lakin bu, filləri cəmi bir gün qidalandırmaq üçün kifayət edib. Dominos pizza
Ailəsi ilə birgə pandemiyadan əvvəl Taylandın Pattaya şəhərində fil nümayişləri edərək pul qazandığını deyən oğlan hazırda ciddi maddi çətinliklər yaşadığını bildirib. İndi internet ailə üçün yeni, lakin qeyri-kafi gəlir mənbəyinə çevrilib. Ailə həm də meyvə satmaqla dolanır.
2019-cu ildə 40 milyona yaxın turistin ziyarət etdiyi Taylandda keçən il bu rəqəm cəmi 400 min olub.
Fil şouları xüsusilə çinli turistlər arasında çox populyardır, lakin Çində Covid-19 karantinləri və səyahət məhdudiyyətləri hələ də davam edir.
Sapma bəzi günlərdə heç bir ianə almadığını və fillərin pis qidalandığını bildirir:
"Vəziyyət çətindir. Fillər yetərincə qidalanmır. Ümid edirik ki, turistlər geri qayıdacaqlar. Əgər qayıtsalar, biz artıq bu canlı yayımları etməyəcəyik".
Telegram kanalımız