“Access Bank” depozit qəbulunu dayandırır? - Faizlər kəskin endirildi

saytların hazırlanması

Evə çatdırılma

“Access Bank” depozit qəbulunu dayandırır? - Faizlər kəskin endirildi

İqtisadiyyat

19 Yanvar 2024 14:06 1475


“Access Bank” yanvarın 18-dən etibarən əmanət faizlərini kəskin endirib. 

Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank 30 min manata kimi depozitlər üzrə faiz dərəcəsini 4,5%-dən 3%-ə, 100 min manata kimi depozitlər üzrə 5%-dən 3,5%-ə, 100 min manatdan çox olan depozitlər üzrə isə 6%-dən 4,5%-ə endirib. Başqa sözlə, bank əmanətlərin gəlirliliyini 1,5% azaldıb. Bu isə yerli banklar arasında ən aşağı göstəricidir. Faizlərin kəskin endirilməsi bank əmanət qəbuluna həvəsli olmadığını göstərir. 

Qeyd edək ki, bu il yanvarın 1-nə bankın əmanət portfeli 1 mlrd. 51,6 milyon manata yüksəlib ki, bu da 2023-cü ilin ilk yarısı ilə müqayisədə 66 mln. manat çoxdur.  Toyuqlu pizza

Bankın kredit portfeli isə 2023-cü ildə 1mlrd. 13,7 mln. manata bərabər olub. Başqa sözlə, bankın kreditlərinin depozitlərə nisbəti (LDR) 96%-dir.  

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!