"Erməni faşizmini diz çökdürməyimiz dünyanın müxtəlif yerlərində faşist ruhluları yasa batırıb. Almaniyada yaşayan, özünü tarixçi adlandıran Maykl Hesemann da erməni saytına müsahibəsində onlardan biri olduğunu biruzə verib. Deyə bilmərik ki, o, faşizm üzərində qələbəyə görə nə qədər göz yaşı axıdıb. Amma Azərbaycan Ordusunun qəsbkarlar üzərində qələbəsindən dərindən mütəəssirləndiyi açıq-aşkar göz qabağındadır".
Yenisabah.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədə yazıb.
O qeyd edib ki, məlum müsahibədəki bəzi fikirlərdə almaniyalı tarixçinin bədbinliyi aydın görünməkdədir: Marqarita pizza
"Üzdəniraq mütəxəssis Ermənistanı "varvarlar dünyasının mərkəzində parlayan ümid çırağı"na bənzədir. "Artsax" adlandırdığı Dağlıq Qarabağı isə "sivilizasiyanın qırmızı xətti" hesab edir. Unudur ki, bu "sivilizasiya"nın sahibləri Türkiyədə, İranda, Azərbaycanda, Gürcüstanda soyqırım törətmələri ilə öyünənlərin varisləridirlər. İnsafən Hesemannın ermənilər qarşısında xidmətləri ermənilərin ona diqqətindən çox-çox öndədir. Vatikanda qondarma erməni soyqırımına aid sənədlər axtarıb, özünə və onlara sərf edən tərzdə təqdim edib, əvəzində Ermənistan Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülüb. Daha nələr alıb sirr olaraq qalır".

Ə.Amaşov yazıb ki, hazırda alimi-biəməlin ümüd dolu nəzərləri İrəvana dikilib:
"Gözləyir ki, bu yaxınlarda təhqirə görə alman məhkəməsinin ona kəsdiyi 250 min avro cəriməni erməni dostları ödəyəcək. Ermənilərsə borc içindədirlər, revanş üçün pul axtarırlar. Atalar demişkən, acın nəyi var ki, gicə də versin".
Telegram kanalımız