Aclıq aksiyası keçirən güney azərbaycanlı aktyorun vəziyyəti ağırlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Aclıq aksiyası keçirən güney azərbaycanlı aktyorun vəziyyəti ağırlaşdı

Hadisə

02 Mart 2024 18:45 733


Tehranda “Evin” həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı, tanınmış aktyor və xəttat Murtaza Pərvinin bir həftədir ki, başladığı aclıq aksiyasına görə vəziyyəti ağırlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, incəsənət xadiminin fəqərələrarası disk yırtığından əziyyət çəkməsi ailəsinin narahatlığını artırıb. Dördpendirli pizza

Qeyd edək ki, fevralın 23-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan güneyli fəal təcridxanada ona qarşı əsassız ittihamların irəli sürüldüyünü bildirib və qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirəcəyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!