Aclıq bloqqerin həyatına son qoydu   - Ölümcül sınaq

saytların hazırlanması

Evə çatdırılma

Aclıq bloqqerin həyatına son qoydu - Ölümcül sınaq

Hadisə

04 May 2021 00:43 885


40 yaşlı rusiyalı bloqqer Vitali Vıqranovski Abxaziyada 40 günlük aclıq aksiyasından sonra ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Teleqran kanallarında məlumat yayılıb.

O, bundan əvvəl bloqunda yayımladığı bir videoada özünü sınamağı və 40 gün susuz və yeməksiz qalmağı planlaşdırdığını söyləmişdi. Vitalinin aclıq aksiyası mart ayının ortalarında Moskvada olarkən başlamışdı. pizza hut

Aclığın ilk on günündə şəhərdə özünü pis hiss etdiyi üçün Abxaziyaya getmək qərarı verib.

Bloqqer 20-ci gündə bədənində dəyişikliyin olduğunu deyib. Fiziki fəaliyyət üçün gücü qalmamışdı, yalnız gəzə bilirdi. 30-cu günə qədər qızdırması olub. 35-ci gündə ölümcül hal hiss etdiyini, ancaq aksiyasını dayandırmadığını söyləyib.

40-cı gün isə bloqqer vəfat edib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!