Acun daha bir futbol klubu aldı 

Acun daha bir futbol klubu aldı 

İdman Veb saytların hazırlanması

09 İyun 2023 12:59 623


TV8-in rəhbəri Acun Ilıcalı daha bir futbol klubu alıb. 

Yenisabah.az xəbər verir ki, o, İrlandiyanın "Şelburn" klubunun sahibi olub. 

Tanınmış iş adamı bu barədə öz sosial şəbəkə hesabında məlumat verib: "Hall Siti" ilə başlayan güclü futbol sərmayələrimiz İrlandiya Premyer Liqasının ən qədim və köklü klublarından biri olan "Şelburn"un əsas səhmlərinin alınması ilə davam edir. Məqsədimiz bu klubla birlikdə avrokuboklarda iştirak etmək, mühüm uğurlara imza atmaq və bir çox istedadları dünya futboluna gətirməkdir. İrlandiya futboluna, klubun potensialına və azarkeşlərimizə tam inanırıq". 

Qeyd edək ki, Acun Ilıcalı İngiltərənin "Hall Siti" klubunun da sahibidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!