Aparıcı Acun Ilıcalı “Survivor” yarışmasının hazırlıq xərcini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, yarışın təşkilatçısı A.Ilıcalı xərclərin xeyli artdığını etiraf edib.
O, yarışmanın 15 milyon dollar olduğunu bildirib: Pepperoni pizza
“Dəyəri 14-15 milyon dollar civarındadır. İlk “Survivor”umuzun xərci 1 milyon 200 min lirəidi. Məbləğ 15 milyon dollara qədər çıxıbsa, bu bizim layihəni nə qədər böyütdüyümüzün sübutudur. İstəsək 5 milyona da edə bilərik, amma biz daha çox kameradan istifadə edirik, mükafatlarımız böyükdür. İştirakçıları Rio karnavalına aparırıq, bir gün orada qalırlar. İzləyici bizə belə maraq göstərirsə, bizə düşən də onlara daha yaxşısını təqdim etməkdir”.
Telegram kanalımız