Acundan “Qalatasaray”a ağır ittiham

saytların hazırlanması

Evə çatdırılma

Acundan “Qalatasaray”a ağır ittiham

İdman

06 Yanvar 2025 12:17 500


“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalı “Qalatasaray”ın ünvanına ittihamlar səsləndirib.

Yenisabah.az xəbər verir ki, o, Superliqada “Hatayspor”a qalib gəldikləri (2:1) oyundan sonra hakimlərin komandasına təzyiq etdiyini bildirib:

“Göztepe” və “Eyüpspor”la matçlarda penaltimiz verilsə idi indi aramızdakı (“Qalatasaray”la - red.) xal fərqi 4 idi (indi 8-dir). Rəqib komandanın xal itirdiyi oyun yoxdur. Onlar üsyan edirlər, federasiya ilə məhkəmədədirlər. Amma neçə xal itiriblər? Sıfır. Biz 4 xal itirmişik. pizza

"Qalatasaray” öz meydanında nə vaxt qırmızı vərəqə alıb? Dünya çempionatından əvvəl. 2,5 ildir qırmızı vərəqə görməyiblər. Bu, bir komediya filmidir. “Qalatasaray”ın qırmızı vərəqə almalı olduğu 4-5 matç var. Baş məşqçimizin əhvalı çox pisdir. O sual edir ki, bizim rəqibimiz kimdir?”

Ilıcalı iddia edib ki, “Qalatasaray” açıq-aşkar irəli çəkilir. 

Klub rəsmisinin sözlərinə görə, hazırda Türkiyə futbolunda ədalətsizlik hökm sürür 

“Qalatasaray” isə bəyanat yayaraq “Fənərbaxça” klubunun iddialarını rədd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!