Türkiyənin "TV8" kanalının sahibi Acun Ilıcalının villasından görüntülər yayılıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun Dominikan Respublikasındakı dəbdəbəli villası hər kəsin marağına səbəb olub.
Belə ki, sosial şəbəkə fenomeni olan Hayrettin Acunun villasında çəkiliş edib və "Youtube" platformasında yayımlayıb. Görüntülər qısa zamanda xeyli marağa səbəb olub, minlərlə baxış sayı əldə edib. pizza mizza
Görüntüləri paylaşan Hayrettin “Dominikana gedib əziz Acun Ilıcalının evini görmədən və video çəkmədən geri qayıtmaq olmazdı. Mənə bu fürsəti verdiyiniz üçün təşəkkür edirəm. Acun Ilıcalının evini bacardığım qədər göstərməyə çalışdım. Ümid edirəm bəyənəcəksiniz” – deyə rəy yazıb.
Qeyd edək ki, "TV8" kanalında yayımlanan "Survivor" yarışması Dominikan Respublikasında keçirilir.
Telegram kanalımız