ADA Universitetinin IV kurs tələbəsi dəm qazından boğuldu 

saytların hazırlanması

Evə çatdırılma

ADA Universitetinin IV kurs tələbəsi dəm qazından boğuldu 

Hadisə

26 Yanvar 2024 10:44 516


ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi Sərxan Həsənovun vəfat etdiyi barədə məlumat yayılıb. 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda tələbənin ötən gecə dəm qazından boğulub öldüyü bildirilib. 

Sərxan ADA Universitetinin ABŞ-da təcrübə keçən tələbələrindən biri, həm də Prezident təqaüdçüsü idi.  pizza sifarişi

Sərxan Həsənovun 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.

O, Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi. Respublika Fənn Olimpoadasında Azərbaycan dili və ədəbiyyat üzrə ikinci yeri tutaraq, gümüş medala layiq görülmüşdü. 

Allah rəhmət eləsin. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!