Adı CHP sədri ilə hallanan bələdiyyə sədri öldü

saytların hazırlanması

Evə çatdırılma

Adı CHP sədri ilə hallanan bələdiyyə sədri öldü

Dünya

15 Dekabr 2025 10:57 360


Türkiyənin Manisa vilayətinin Şəhzadələr rayonunun bələdiyyə sədri Gülşah Durbay müalicə aldığı Manisa Şəhər Xəstəxanasında vəfat edib.

"Yeni Sabah" sözçü-yə istinadla xəbər verir ki, G.Durbay bu vəzifəyə ana müxlifət partiyası CHP-nin təmsilçisi kimi seçilmişdi.

37 yaşlı bələdiyyə başçısı bir müddətdir yoğun bağırsaq xərçəngindən müalicə olnurdu. pizza hut

Onun ölümü son 6 ayda Manisa şəhərində yaşanan ikinci böyük siyasi itkidir.

Bu ilin iyun ayında Manisa Böyükşəhər Bələdiyyənin CHP-li sədri Ferdi Zeyrek də gənc yaşında  vəfat etmişdi. Onun ölümünə hovuzda elektrik cərəyanı vurması səbəb olmuşdu.

CHP sədri Özgür Özel “Sanki öz övladımı itirmişəm. Bundan sonra belə böyük bir acı yaşanacaqsa, qoy mənim üzərimdən olsun”, - deyib.

Gülşah Durbayın xəstəliyi dövründə sosial mediada onun CHP rəhbəri Özgür Özəllə münasibətlərinin olmasına dair iddialar yayılmışdı. Bu iddiaları həm G.Durbayın özü, həm də CHP rəhbərliyi qətiyyətlə təkzib etmişdi.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!