Adi diş ağrısı ilə başlayan dəhşətli fəsad

saytların hazırlanması

Evə çatdırılma

Adi diş ağrısı ilə başlayan dəhşətli fəsad

Hadisə

24 May 2024 12:28 883


İngiltərənin Kembric şəhərində yaşayan Terri adlı şəxs dözülməz diş ağrısı hiss edərək həkimə müraciət edib. Dişi çəkildikdən sonra xəstənin səhhəti daha da pisləşib və diş infeksiyası ət yeyən xəstəliyə çevrilərək üzünə yayılıb.

Yenisabah.az xəbər verir ki, Terrinin sol göz almasının altındakı dəri sürətlə şişməyə başlayıb və göz qapağının yuxarı hissəsinə qədər uzanan böyük bir dəri qatına çevrilib. Həkimlər gərgin səy nəticəsində Terrinin gözündən infeksiyanı çıxara biliblər.

Onu müalicə edən cərrah Şadi Basyuni bildirib ki, bu cür infeksiyalar dəhşətli fəsadlar törədə bilər: pizza

"Diş infeksiyaları həqiqətən təhlükəli ola bilər, çünki göz yuvasına yayılarsa, şəxs görmə qabiliyyətini itirə bilər. O həm də ciddi deformasiya ilə üzləşə bilər. Prioritetimiz irinləri çıxarmaq idi. İnfeksiya qana keçərsə, ölümcül fəsadlar doğura bilərdi”.

Xəstəliyin Terrinin üzünü “gəmirdiyini” deyən göz cərrahı Kornelius Rene bu xəstəliyin çox qorxulu olduğunu qeyd edib:

 "Əgər dərhal müdaxilə etməsəniz, xəstə üçün geridönməz nəticələr, bu, onun həyatı üçün təhlükə yarada bilər. İnfeksiya tez bir zamanda orqan çatışmazlığına səbəb olar və ağciyərləri zədələyər. Bu infeksiya əslində çox yüksək ölüm riskinə sahibdir”.

Əməliyyatdan 8 həftə sonra Terri sağalmağa başlayıb və kabus dolu günlərini geridə qoyub: "Hələ də burada olduğum üçün çox şanslıyam. Hər şey adi bir diş ağrısı ilə başladı Bu, sadəcə inanılmazdır".

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!