Adil Əliyev 3 nəfəri işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Adil Əliyev 3 nəfəri işdən çıxardı

Sosial

26 Noyabr 2025 14:59 4011


Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) üç sürücüsü vəzifəsindən azad edilib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb.

Belə ki, RİH Aparatının Xidməti heyətində Baş mütəxəssis - sürücü vəzifəsində çalışan Elnur Verdizadə, Dadaş Əliyev və Sənan Əskərov vəzifəsindən azad ediliblər. Yeni əmrlə isə Ruslan Hüseynov və Anar Bayramov Baş mütəxəssis - sürücü vəzifəsinə təyin olunublar. pizza hut

Bundan əlavə, icra başçısının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi Kamal Həsənov da işdən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!