Adil Əliyev millimizin baş məşqçisini mükafatlandırdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Adil Əliyev millimizin baş məşqçisini mükafatlandırdı - Foto

İdman

31 Yanvar 2021 14:41 1064


Milli Məclisin Gənclər və idman komitəsində bir qrup gənc idmançı və məşqçilərlə görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, artıq ənənə halını alan və 2 Fevral- Gənclər Günü münasibətilə keçirilən görüşdə idmançıların həyat və fəaliyyətləri, pandemiya şəraitində keçirilən məşqlər, qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması, bir sıra digər məsələlər müzakirə olunub.

Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. pizza sifarişi

Tədbirin sonunda Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən gənc idmançılar, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və Azərbaycanda idmanın inkişafında göstərdiyi xidmətlərə görə məşqçi müəllimlər fəxri fərmanla təltif ediliblər.

Mükafatlandırılanlar arasında kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi Hakim Hacıyev, onun tələbələri - Ramal Aslanov və Əkbər Əsədov da olub.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!