Adil Əliyev onları vəzifədən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Adil Əliyev onları vəzifədən azad etdi

Siyasət

08 Avqust 2025 15:15 18219


Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) bir neçə əməkdaşı vəzifədən azad edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun icra başçısı Adil Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, bir neçə ay əvvəl Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdir təyin olunan Mütəllim Astanov vəzifəsindən azad olunub. Marqarita pizza

Eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, həmin şöbənin baş məsləhətçisi Fidan Xankişiyeva, eləcə də İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Çingiz Cəfərov və Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) Elmar Abbasov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, RİH-də yenicə təyin olunduğu vəzifədən azad edilən 1982-ci il təvəllüdlü Mütəllim Astanov əvvəllər Sumqayıt şəhəri, 1 saylı ərazi dairəsi üzə icra nümayəndəsi vəzifəsində çalışıb. O, "Az Motor Doktor” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Dağbəyi Astanovun oğludur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə Isgəndərova
    Yenisabah.az-dan, xahiş edirəm, mənim sözümü aidiyyatı qurumlara çatdırın. Gecə saatlarında küçələrdə sakitliyi qorumaq üçün polis əməkdaşları fəaliyyət göstərsinlər. Salyan rayon Salyan şəhəri 20YANVAR KÜÇƏSİ-ində sakitlik heç yoxdur.
    9 months ago
  • Ülviyyə Isgəndərova
    Yenisabah.az-dan, xahiş edirəm, mənim sözümü aidiyyatı qurumlara çatdırın. Gecə saatlarında küçələrdə sakitliyi qorumaq üçün polis əməkdaşları fəaliyyət göstərsinlər. Salyan rayon Salyan şəhəri 20YANVAR KÜÇƏSİ-ində sakitlik heç yoxdur.
    9 months ago