Adil Kərimli Türkiyəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Adil Kərimli Türkiyəyə gedir

Mədəniyyət

11 Noyabr 2023 17:19 3777


Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) məlumat yayıb.

A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri” çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək. Dördpendirli pizza

Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!