ADPU-dan intihar edən gənclə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

ADPU-dan intihar edən gənclə bağlı AÇIQLAMA

Hadisə

14 Fevral 2021 18:31 939


Xəbər verildiyi kimi, Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov özünə sui-qəsd edib. Gəncin hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil.

Hadisə ilə bağlı KİV-də yayılan məlumatlarda onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının tələbəsi və filialın TGT sədri olması qeyd edilib.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı "Report"a açıqlama verən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektorluğunun əməkdaşı Cavid Hüseynov qeyd edib ki, yayılan məlumatlar əsassızdır və gənc ADPU-nun Ağcabədi filialının yox, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi və həmin kollecin TGT sədri olub: Toyuqlu pizza

"Əlavə olaraq bildirək ki, hazırda ADPU-nun Ağcabədi filialının TGT sədri postu sabiq sədr Eltac Fərzəliyev 2020-ci ilin iyulunda təhsilini bitirərək həqiqi hərbi xidmətə yollanandan sonra hələ ki, boşdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!