Adrian Mutu: “Neftçi“nin baş məşqçisi olmaq böyük məsuliyyətdir“

saytların hazırlanması

Evə çatdırılma

Adrian Mutu: “Neftçi“nin baş məşqçisi olmaq böyük məsuliyyətdir“

İdman

25 İyul 2023 16:11 724


"Neftçi"nin baş məşqçisi olmaq mənim üçün böyük məsuliyyətdir".

Bbunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.

O bildirib ki, əsas hədəf komandanı yenidən zirvələrə daşımaqdır: "Rəqibdən asılı olmayaraq öz oyunumuzu nümayiş etdirməliyik. Balanslaşmış komanda yaratmaq və oyunçular arasında rəqabəti təmin etmək lazımdır. Bu proses uzunmüddətlidir. Komanda hazırda balanslaşmış deyil". Marqarita pizza

"Neftçi"yə yeni futbolçuların cəlb olunacağını söyləyən mütəxəssis qeyd edib ki, görüləcək işlərdə öz enerjisini 100 % səfərbər edəcək: "Son 10 gün ərzində oyunçularla aparılan görüş zamanı əmin oldum ki, onlar da mənimlə birlikdə çalışmaq istəyirlər. Futbolçular yeni formada təlimlərə, məşqlərə hazırdırlar. Tezliklə yeni "Neftçi"ni müşahidə edəcəksiniz. Azarkeşlərin bizdən gözləntiləri böyükdür. Biz də onların tələblərini qarşılayacağımıza ümid edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!