AEL - “Qarabağ“ oyununda xoşagəlməz HADİSƏ

saytların hazırlanması

Evə çatdırılma

AEL - “Qarabağ“ oyununda xoşagəlməz HADİSƏ

İdman

05 Avqust 2021 23:13 2512


“Qarabağ”ın Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanıb.

Yenisabah.az xəbər verir ki, “AEK Arena”ya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıb.

Oyunboyu “Qarabağ”ın texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirən fanatlar 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra bunu daha da artırıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib. Dominos pizza

Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb./apa


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!