Aeroport ərazisində taksi şirkətlərinə qadağa qoyulub?

saytların hazırlanması

Evə çatdırılma

Aeroport ərazisində taksi şirkətlərinə qadağa qoyulub?

Sosial

04 Sentyabr 2025 10:51 422


Sosial şəbəkələrdə bu il sentyabrın 8-dən taksi şirkətlərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzi hissələri istiqamətində olan sifarişləri qəbul edə bilməyəcəkləri ilə bağlı məlumatlar yayılıb.

Bu məlumatlarda aeroportdan taksi nəqliyyatı ilə sərnişindaşımaların yalnız “Bakı Taksi Xidməti” MMC vasitəsilə həyata keçiriləcəyi qeyd edilir.

Yenisabah.az APA-Economics-ə istinadla xəbər verir ki, hava limanından sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığı bildirilib: pizza hut

"Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansısa məhdudiyyət tətbiq olunmur. Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq".

“Bakı Taksi Xidməti” Azərbaycanda fəaliyyət göstərən Dövlət Taksi Xidmətidir. Taksi xidmətinin duracağı hava limanında 1-ci terminalın çıxışında yerləşir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!