Rumıniyanın Vergilər üzrə Milli Agentliyi (ANAF) Rusiyanın "Aeroflot" şirkətinin ölkədəki nümayəndəliyinin bank hesablarını bloklayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə dövlət administrasiyasının rəsmi aktlarını dərc edildiyi "Monitorul Oficial" jurnalında yerləşdirilmiş əmrdə qeyd olunub.
Bildirilib ki, "Aeroflot" şirkətinin idarə heyətində və dolayı yolla şirkətin nümayəndəliyinin vəsaitlərinə nəzarət edənlər arasında Aİ tərəfindən sanksiyalar tətbiq edilmiş şəxslər olduğundan müvafiq qərar qəbul edilib. Marqarita pizza
Telegram kanalımız