Aeroport yolunda ağır qəza - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Aeroport yolunda ağır qəza - VİDEO 

Hadisə

31 Dekabr 2023 10:10 991


Bakıda gecə saatlarında ölümlə nəticələnən ağır qəza baş verib.

Hadisə aeroport yolunun Suraxanı ərazisindən keçən hissəsində baş verib.

“Azsamand” markalı avtomobillə BMW markalı avtomobilin toqquşması nəticəsində “Azsamand”ın sürücüsü dünyasını dəyişib. pizza sifarişi

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb ediliblər.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, BMW markalı avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.//Moderator.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!