Afaq Aslan “Lotu Quli“dən yazdı - “Bilənlər bilir onun ürəyini ...“

saytların hazırlanması

Evə çatdırılma

Afaq Aslan “Lotu Quli“dən yazdı - “Bilənlər bilir onun ürəyini ...“

Şou

21 Avqust 2020 11:51 9009


"Lotu Quli" kimi tanınam azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun Antaliyada öz yaxın dostu tərəfindən güllələnməsi xəbəri ölkə gündəmi zəbt edib.

Yenisabah.az xəbər verir ki, kriminal avtoritetin faciəvi şəkildə öldürülməsi sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır. Bir çox tanınmışlar bu hadisəyə biganə qalmayaraq, sosial şəbəkədə paylaşım edirlər. Onlardan biri də sənətçi Afaq Aslandır. Onun paylaşımı xüsusi diqqət çəkib. Sənətçi qeyd edib:

"Çox insana qardaş və dost oldu. Kimlərin əlindən tutdu... Amma həyat onu zalımcasına "dost" əli ilə vurdu. Allah rəhmət eləsin. Bilənlər bilir onun ürəyini". pizza

Xatırladaq ki, iki il öncə sənətçi ilə Nadir Səlifovun münasibətləri olduğu haqda məlumatlar yayılmışdı. Sənətçi bunu nə təkzib, nə də təsdiq etmişdi. Afaq Aslanın "İnstaqram"da izləyici sırasında yeganə olaraq Nadir Səlifovun olması isə bu iddiaları daha da qızışdırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!