Afaq Bəşirqızı: “Ağbirçək adını almaq...”

saytların hazırlanması

Evə çatdırılma

Afaq Bəşirqızı: “Ağbirçək adını almaq...”

Mədəniyyət

15 Avqust 2023 16:04 2436


Bu gün Azərbaycanın Xalq artisti Afaq Bəşirqızının 68 yaşı tamam olur. İllərini sənətə vermiş, xalqın sevgisini qazanmış sənətkar üçün yeni yaş nə deməkdir, yaşın fərqi varmı?

Yenisabah.az Lent.az-a istinadla xxəbər verir ki, Afaq Bəşirqızının fikrincə,   onun üçün yaşın fərqi var, həm də çox:

“Əlbəttə, yaşın fərqi var. Yaşın gətirdiyi itkiləri danışmaq istəməzdim. Geniş auditoriyada bu söhbəti eləməzlər. Yaşın üstünə yaş gəlməsi, ağbirçək adını almaq, görüb-götürmüş olmaq, öz həyat təcrübəndən kimlərəsə tövsiyə etmək, onları ayıq-sayıq tutmağa çalışmaq insan üçün böyük bir şərəfdir”. Dördpendirli pizza

Amma Xalq artisti çox nadir hallarda tövsiyə verir:

"Ömrünü düzgün yaşamış insanların qiymətli həyat təcrübəsi olur. Bundan istifadə etmək lazımıdr”.

Afaq Bəşirqızı ən böyük arzusunun artıq həyata keçdiyini də qeyd edib:

“Ən böyük arzum torpaqlarımızın işğaldan azad edildiyini görmək idi, gördüm. Tezliklə köçkün həyatı yaşamış teatrlarımız da öz şəhərlərinə geri dönəcək, Qarabağ yenidən mədəniyyətin beşiyi olacaq. Dünyada qalib ölkənin vüqarlı vətəndaşı olmaqdan gözəl heç nə yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!