“Afaq Bəşirqızının dediyinin kəndliyə nə dəxli var?..”

saytların hazırlanması

Evə çatdırılma

“Afaq Bəşirqızının dediyinin kəndliyə nə dəxli var?..”

Siyasət

14 Aprel 2020 10:55 1123


“Bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızı cəmiyyət tərəfindən tənqid olunur. Onun “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” ifadəsi böyük etiraz və qəzəblə qarşılanıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. Xalq artisti bu fikri 190 manat birdəfəlik yardım məsələsinə münasibət bildirərkən söylədiyini xatırladan F. Mustafa deyir ki, onun çıxışını “şəhərli-kəndli” zümrəsinə bölənlər də var.

Musavat.com-a açıqlamasında deputat qeyd edib ki, cəmiyyətdə bu məsələnin müzakirə edilməsi mövzusuzluqdan qaynaqlanır: “Qlobal mövzu olmayanda belə məsələləri gündəmə gətirirlər. Mən onun çıxışında şəhər-kənd qarşıdurması görmədim. Pepperoni pizza

Afaq xanım deyir ki, efirə çıxan, məsuliyyətsiz davranışdan uşaq dünyaya gətirən və onu saxlaya bilməyənlər indi dövlətdən pay umur.

Bunun kəndliyə nə dəxli var ki, qızışdırırlar? Sadəcə, mövzu kimi gündəmə gətirməklə xalq artistini düşmənə çevirdilər”.

F.Mustafa hesab edir ki, cəmiyyət fikrə görə insanı linç etməyin növbəsinə dayanıb: “Mən Tomas Mannı oxuyuram. O, Martin Lüter kimi bir alman dəyərini yerdən yerə vurub.

Ancaq bir alman onu linç etmir. Bizim cəmiyyət isə linç etmək üçün növbə yaradıb. Axı kim haqq verib ki, insanın fikrinə görə onu söyəsiniz, təhqir edəsiniz?”

Deputat qeyd etdi ki, o, özünü həm naxçıvanlı, həm bakılı sayır: “Bakı qaçqını, rayondan gələni, Gürcüstandan köçəni, kəndlisi, şəhərlisi ilə bir milli pataxta çevrilib.

Bu, doğru yanaşma deyil. Afaq xanım çıxışında kənd - şəhər məsələsini nəzərdə tutmayıb. Sadəcə, ola bilsin ki, ifadə forması doğru olmayıb”.

F.Mustafa bildirdi ki, əgər A.Bəşirqızı “əyalətdən gələn alim elmimizi şikəst etdi, rayondan gələn sənəti məhv etdi” desəydi, onda qıcıqlanmanı anlamaq olardı: “Burada cəmiyyətdəki sosial neqativ elementin dilə gətirilməsi qəzəb yaratmamalıydı. Dünən eyni kütlə qışqırığı ilə qəhrəmana çevirdiyi insanı bu gün bir sözü görə yerə endirir.

Və bunu cəmiyyətin oxumuş insanları söyləyəndə adam daha böyük ürək ağrısı ilə qarşılayır. Çünki fikirə fikirlə cavab verilməlidir. Bütün bunlar cəmiyyətdə polemika qabiliyyətinin aşağı olduğunu göstərir.

Təsəvvür edin ki, biz yaxın tariximizi müzakirə edə bilmirik. Hünərin varsa, sən 90-cı illərin tarixini təhlil elə, bir qrup üstünə tökülüşəcək.

Səhifəmdə böyük ortaçağ mütəfəkkiri İbn Haldunun fikirini paylaşımışam. İbn Haldun kimi adamın fikrində səhv axtaranlar var. Belə cəmiyyətdə İbn Haldun kimi nəhəng müzakirələrə qoşula bilmir, Afaq Bəşirqızı necə qoşulsun?!

Mən yenə deyirəm ki, ola bilsin fikrini uğursuz ifadə edib, özü də qeyd edib ki, o mənanı nəzərdə tutmayıb. Yəni, ailə məsuliyyəti olmalıdır, təsadüfi münasibətdən uşaq doğub ailə institutunu dağıtmayın. Ancaq bunu başqa cür qəbul etdilər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!