Afaq Gəncəli Günay İbrahimli ilə qalmaqalından danışdı: “Danışmırıq”

saytların hazırlanması

Evə çatdırılma

Afaq Gəncəli Günay İbrahimli ilə qalmaqalından danışdı: “Danışmırıq”

Şou

10 May 2020 08:20 2145


Məşhur teleaparıcı Afaq Gəncəlinin müğənni Günay İbrahimli ilə küsülü olduğu ortaya çıxıb.

Prodüser Tarix Əliyevin (Tolik) “YouTube”da yayımlanan “Səmimi” layihəsinin qonağı olan Afaq Günayla münasibətinin sıfıra endiyini və danışmadıqlarını açıqlayıb.

Teleaparıcı müğənni ilə aralarında yaşanan qalmaqala belə aydınlıq gətirib: Dominos pizza

“Günay İbrahimli ilə danışmıram. Amma el şənliklərində onu təqdim etməkdən boyun qaçırmıram. “Instagram”da bir-birimizi izləyirik. Düzdür, bu, bir göstərici deyil. Aramızda düşmənçilik ola bilməz. Səpdiyin toxum əgər yaxşıdırsa, ondan pis bəhrə ala bilməzsən.

Mən Günayı ilk vaxtlar səhnəyə çıxandan əlindən tutmuşam, dəstək olmuşam. Demirəm ki, onun əlindən tutub səhnəyə mən gətirmişəm. İlk gündən onun əlindən tutmuşam. Buna görə də mən ona düşmən kəsilə bilmərəm.

Danışmamağımız, incikliyimiz ola bilər. Nələrsə baş verib, Günayın səs tonunda, münasibətində, davranışında doğru olmayan şeylər olub. Düşmənliyimiz yoxdur, sadəcə danışmırıq”. / Oxu.Az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!