“AFB Bank” 2023-cü ilin III rübünü 6,29 milyon manat xalis mənfəətlə başa vurub.
“Yeni Sabah”ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 45% və ya 5,2 milyon manat azalaraq 6,3 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-sentyabr aylarında bank 11,45 milyon manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə bankın faiz gəlirləri 14,9 milyon manata ( illik müqayisədə 14% çox), faiz xərcləri 3,5 milyon manata ( illik müqayisədə 76% çox) bərabər olub. Bu dövrdə bankın xalis faiz gəlirləri 11,4 milyon manat ( illik müqayisədə 2.8% çox), qeyri-faiz gəlirləri 6,4 milyon manat ( illik müqayisədə 19.8% az), qeyri faiz xərcləri isə 13,4 milyon manat ( illik müayisədə 16.9% çox) təşkil edib. Beləliklə, “AFB Bank” bu dövrdə 4,35 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən illə müqayisədə 42% azdır. Dominos pizza
Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 7.9% və ya 22,2 milyon manat artaraq 304,6 milyon manata yüksəlib. Cari ilin ilk 9 ayında “AFB Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.8% və ya 1,24 milyon manat azalaraq 169,6 milyon manata enib. Bankın kredit portfelində istehlak kreditləri 22 milyon manat, biznes kreditləri 90 milyon 341 min manat, daşınmaz əmlak kreditləri isə 57 milyon 223 min manat təşkil edib.
Bu dövrdə “AFB Bank”ın cəmi öhdəlikləri 225,9 milyon manata bərabər olub ki, bu da ilin əvvəlinə nisbətən 13.5% və ya 27 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 25,8% və ya 30 milyon manat artaraq 146,2 milyon manata çatıb.
Telegram kanalımız