2023-cü ilin yanvar-avqust aylarında "AzSığorta" şirkəti 5,83 milyon manat sığorta haqqı toplaya bilib.
"Yeni Sabah"ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 2,3 milyon manat olub. 2022-ci ilin ilk səkkiz ayında "AzSığorta"nın yığımları 8,14 milyon manat təşkil etmişdi.
Yığımların azalması fonunda sığorta şirkətinin ödənişlər xeyli artıb. "AzSığorta"nın sığorta ödənişləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin səkkiz ayında 8,9% və ya 519 min manat artaraq 6,36 milyon manata yüksəlib. 2022-ci ilin eyni dövründə bu rəqəm 8,85 milyon manat təşkil edib. pizza hut
Son nəticədə sığorta şirkətinin ödənişləri yığımlarını 542 min manat üstələyib. 2022-ci ilin ilk səkkiz ayında "AzSığorta" topladığı hər 100 manatdan 71,8 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə şirkət topladığından artıq - yəni hər 100 manata görə 109,3 manat ödəniş edib.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.
Telegram kanalımız