“Afət, Damla, Şəbnəm kimi savadsızlar,  dünyagörüşü olmayanlar...“   - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Afət, Damla, Şəbnəm kimi savadsızlar, dünyagörüşü olmayanlar...“ - Qalmaqal

Şou

20 Yanvar 2021 14:28 1174


“Bu gün şou-biznesində sənəti olmayanlar at oynadır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Moderator.az-a Avropa prodüseri kimi tanınan Sultan Musatafayev deyib. Prodüser Azərbaycan şou biznesinin can üstə olduğunu deyərək, gündəmdə olan ifaçıları savadsızlıqda və dünya görüşlərinin olmamasında günahlandırıb:

“Afətlər, Damlacıqlar, Şəbnəmciklər, savadsız dünya görüşü olmayanlar gündəmi zəbt ediblər. Bu da ondan irəli gəlir ki, nə  qədər ki, biz sənətə, sənətkara qiymət verməyəcəyiksə  belə də davam edəcək. Çünki onların day daylarının olduğunu hər kəs bilir. Biri çıxıb deyir ki, “mən sənətkaram” amma halbuki sənəti yoxdur. Kimin pulu var deyir “mən ağayam”. Bu gün Azərbaycanda dəyərli səntəkralar, gözəl ifaçılara şərait yaratmırlar ki meydana çıxsınlar.   pizza sifarişi

Amma bir şeyi də unutmayın ki, sənət, savad pulnan alınmır. Sənətdə olan bəzi insanlarda bunların heç biri yoxdur. Müğənni o deyil ki, səsi olsun. Müğənninin əxlaqı, tərbiyəsi, savadı, istedadı hamısı yerində olmalıdır. Bizim şou biznesdə çox problemlər var. Günü gündən də artır. Bizdə Musiqi Şurası olmalıdır. Orada heç bir hörmət, izzət, rüşvət keçməməlidir. Türkiyədə necə varsa ildə bir dəfə konfransları olur. Mən də müraciət etmişəm onlara. Biz onlardan hələ çox şey öyrənməliyik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!