Afət Fərmanqızı aparıcı Vüsalə ilə dava edib efiri tərk etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Afət Fərmanqızı aparıcı Vüsalə ilə dava edib efiri tərk etdi - Video

Şou

06 Aprel 2021 20:09 1850


Müğənni Afət Fərmanqızı aparıcı Vüsalə ilə canlı efirdə dava edərək, efiri tərk edib.

Yenisabah.az xəbər verir ki, bu görüntülər sosial media hesabında izləmə rekordu qırıb.  

Müğənni "bir insan mənim kiməsə söz atdığımı sübut etsin, maşınımı ona bağışlayacam, bu sənətdən də gedəcəm" deyə aparıcıya bildirib.  pizza sifarişi

"Məsələn, Damlaya sataşırlar, cavab vermir. Xarakteri belədir. Mən cavab verirəm və verəcəm də. Niyə məni təhqir edənləri efirə vermirsiz? Mənimlə reytinq tutursuz", - Afət Fərmanqızı deyib.

Bundan sonra aparıcı ilə mübahisə yaşanıb. Aparıcı dərhal reklam fasiləsi ilə bağlı rejissora xəbərdarlıq edib. Afət Fərmanqızı isə verilişi tərk edib.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!