Müğənni Afət Fərmanqızı küsülü olduğu həmkarlarından danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Hüseynova bacıları" verilişində qonaq olan ifaçı bir neçə sənət dostu ilə küsülülüyə son qoyduğunu bildirib:
"Müğənni Aygün Şükürova və Sevda Sanalıyeva ilə barışmışam. Onlarla dalaşmamışdım, söz atmışdılar, mən də cavab vermişdim. Küsülü idik. İndi eyni məkanlarda üz-üzə gəlirik. Bizim dost qazanan vaxtımızdır. Bir insan çıxsın desin ki, Afət ona söz atıb. Belə bir şey olmayıb. Hər zaman mənə söz atıblar, cavab vermişəm". Sezar pizza
Telegram kanalımız