Afət Fərmanqızı: “Kaş kartof əkib, heyvan saxlayardım...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Afət Fərmanqızı: “Kaş kartof əkib, heyvan saxlayardım...“ - Video

Şou

05 May 2021 15:51 995


Müğənni Afət Fərmanqızı onu tənqid edən izləyicisi barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda danışan ifaçı mənfi rəy yazan izləyicisinin əslində ona paxıllıq etdiyini bildirib:

“Mahnı ifa edib paylaşmışam. Orada fortepianoda sadəcə akordlardan istifadə edirəm. Bir xanım yazıb ki, “vay, vay biabırçılıq”. Soruşdum ki, xanım, nə işlə məşğulsunuz ki, musiqi haqda fikir bildirirsiniz? Dedi, Tovuzda kartof əkirəm. Bir az yazışdıq, sonra qayıtdı ki, əslində pis oluram, baxıram bahalı maşınlarınız, evləriniz var, mən isə burada əziyyət çəkirəm. Qərar verdim ki, artıq iradlara fikir bildirməyəcəm. Bəziləri başqalarının yaxşı gününü özlərinə bədbəxtlik kimi qəbul edirlər. Dəhşətdir. Axırımız hara gedir? Allahın yazdığı qismətdir. Mən günahkar deyiləm. Kartof əkmək, öz zəhməti ilə əziyyət çəkib halal pul qazanmaq ən gözəl bəxtdir. Bizim isə gecəmiz-gündüzümüz yoxdur. Yollarda, qəzalardayıq. Adımıza da yüz cür söz qoşurlar. Kaş mən də sadə ev xanımı olardım, kartof da əkərdim, heyvana da baxardım…” Dominos pizza

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!