Afət Floraya meydan oxudu: “Kimin etirazı var qabağıma çıxsın!”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Afət Floraya meydan oxudu: “Kimin etirazı var qabağıma çıxsın!” - Video

Şou

01 Sentyabr 2023 16:39 3070


Uzun müddətdir ailə quraraq Moskvaya köçən Afət Fərmanqızı Azərbaycan gəlib. 

Yenisabah.az xəbər verir ki, bu haqda ifaçı özü məlumat verib. O, Vətənə bir günlük, avtomobilini götürmək üçün gəldiyini bildirib və meydan oxuyub: 

"Xoş gördük. Bir gün burdayam. Bu gün Azərbaycanda olacağam, bir azdan yola çıxacağıq, Gürcüstana, oradan da Moskvaya gedəcəyik. Gəlmişəm maşınımı aparmağa. Kimin etirazı var qabağıma çıxsın! "Do svidaniya!"  pizza hut

Afətin bu paylaşımı müzakirəsiz ötüşməyib. O, "sən kimə lazımsan" yazan izləyicisinə "Floraya" deyə cavab verib. 

Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayətlə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılırdı. 

A.Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunmuşdu. 

Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edirdi.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!