AFFA 2 futbolçu və 1 baş məşqçini cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA 2 futbolçu və 1 baş məşqçini cəzalandırdı

İdman

03 İyun 2025 12:38 367


AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Gənclər Liqasında keçirilən "Universal Football Academy" - "Səbail" oyununda meydan sahiblərinin futbolçusu Raul İzzətov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb. Həmçinin sözügedən liqada baş tutan "Sumqayıt" - "Kəpəz" matçında Sumqayıt komandasının futbolçusu İlkin Məmmədov 74-cü dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun diskvalifikasiya edilib. pizza mizza

AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail" və "Sumqayıt" arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində Sumqayıt təmsilçisinin baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəza verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!