AFFA 2 futbolçuya dair araşdırma aparır

saytların hazırlanması

Evə çatdırılma

AFFA 2 futbolçuya dair araşdırma aparır

İdman

10 Dekabr 2024 16:35 431


AFFA "Şamaxı"nın müqaviləsinə xitam verdiyi 2 futbolçu ilə bağlı açıqlama verib.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli adı danışılmış oyunlarda iştirakda hallanan Adil Nağıyev və Georgi Kantariya ilə bağlı məsələyə görə araşdırmadan sonra ətraflı məlumat veriləcəyini bildirib:  

"Sözügedən məsələ diqqətimizdədir. İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək"- deyə AFFA rəsmisi qeyd edib. Sezar pizza

Xatırladaq ki, “Şamaxı” klubu dünən açıqlama yayaraq müdafiəçi Adil Nağıyev və gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya ilə müqaviləyə xitam verildiyini bildirib. Qeyd olunub ki, məsələ ilə bağlı  hazırda başqa bir açıqlama verilməsini istəmirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!