AFFA 2 klubu cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA 2 klubu cərimələdi

İdman

27 Avqust 2025 14:34 363


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

İclasda Misli Premyer Liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. Qurumun qərarlarına əsasən, "Kəpəz” – “Karvan” oyununda “Karvan”ın heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan” klubu 1500 manat cərimə edilib. pizza mizza

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!