AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə 3 klubu cərimələyib.
Yenisabah.az xəbər verir ki, “Sumqayıt” 1800 manat ziyana düşüb.
Təcili tibbi yardım avtomobili “Qəbələ” ilə matça (0:0) təyin edilmiş vaxtdan gec gəldiyi üçün “gənclik şəhəri” təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubun daha 800 manat cərimələnməsinə səbəb olub. Dördpendirli pizza
“Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın 6 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimə ilə üzləşməsinə gətirib çıxarıb. 5 futbolçusu sarı vərəqə alan “Qarabağ” da eyni məbləğdə cərimə ödəyəcək.
Telegram kanalımız