AFFA 3 klubu cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA 3 klubu cərimələdi

İdman

11 Oktyabr 2024 13:10 831


AFFA İntizam Komitəsi "Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klublarını cərimələyib.

Yenisabah.az xəbər verir ki, "Şamaxı" Premyer Liqanın IX turunda "Səbail"ə səfərdə uduzduğu (0:2) görüşdə dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. Bölgə təmsilçisinin legioneri Brahim Konate ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəza alıb, klubu isə 500 manat ziyana düşüb.

"Turan Tovuz" isə "Zirə"yə qalib gəldiyi (1:0) matçda yaşananlara görə cərimələnib. Meydan sahiblərinin azarkeşləri sözügedən görüşdə meydana kənar aşyalar atıblar. Bu səbəbdən Tovuz klubu 800 manat ödəməli olacaq. pizza hut

"Sumqayıt"ın evdə "Qarabağ"a uduzduğu (0:1) qarşılaşmada da eyni hal yaşanıb. "Gənclik şəhəri" təmsilçisi azarkeşlərin meydana kənar əşya atması ucbatından 800 manat ödəyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!