AFFA 4 klubu cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA 4 klubu cərimələdi

İdman

08 Avqust 2024 14:01 591


AFFA İntizam Komitəsi "Qarabağ", "Neftçi", "Araz-Naxçıvan" və "Sumqayıt" klublarını cərimələyib.

Yenisabah.az xəbər verir ki, Naxçıvan təmsilçisi I turda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları matçdan sonra meydana kənər şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək. Klub görüş bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədikləri üçün 500 manat cərimələnib.

Həmin qarşılaşmada ikinci sarıdan qırmızı vərəqə alan "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev bir oyunluq cəza alıb, Ağdam klubuna 500 manat cərimə tətbiq edilib. pizza hut

"Neftçi" isə "Turan Tovuz"la matçda (0:0) azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 1500 manat ziyana düşüb.

"Sumqayıt" "Kəpəz"lə (2:0) görüşdə Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələbləri pozulduğuna görə 500, oyun günü planına riayət etməyi üçün isə 1000 manat ödəməli olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!