“AFFA bizi qəbul etməyib” – “Uğur” niyə dağılır?

saytların hazırlanması

Evə çatdırılma

“AFFA bizi qəbul etməyib” – “Uğur” niyə dağılır?

İdman

30 İyul 2019 12:22 1170


Region Liqasında 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” klubu dağılacağı ilə bağlı rəsmi səhifədə bəyanat yayıb.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan klubun baş məşqçisi Qəzənfər Abbasov mövcud vəziyyətlə bağlı AFFA tərəfi ilə görüşəcəklərini və yaxın günlərdə “Uğur”un taleyinə aydınlıq gətiriləcəyini bildirib:

“Düzdür, klub tərəfindən dağılma ilə bağlı məlumat verilib. Amma hazırda AFFA ilə danışıqlar gedir. Ola bilsin ki, komandanı saxladıq. Buna görə də dəqiq bir şey demək olmur. Bu həftənin axırında klubun fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı məlumat veriləcək. Fəaliyyətin region liqasında və ya 1-ci divizionda davam etdirilməsi görüşdən asılıdır. Klub daxilində də, AFFA rəhbərliyi ilə də görüşüb-danışmalıyıq. Onlar da istəmir ki, bizim klub dağılsın. Buna qədər heç bir görüşməmiz olmayıb. AFFA bizi qəbul etməyib, görüşməyib. Əvvəlcədən görüşmək planı var idi, sadəcə vaxt qoyulmurdu. Lakin bu görüş dağılma ilə bağlı deyildi. Klubun dağılmağı maliyyə ilə bağlı idi. Sponsor tapılmır”. Pepperoni pizza

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!