AFFA bu klubları cərimələdi:   “Neftçi” 1600 manat...

saytların hazırlanması

Evə çatdırılma

AFFA bu klubları cərimələdi: “Neftçi” 1600 manat...

İdman

14 Oktyabr 2022 16:06 938


AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. 

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 9-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib. 

Misli Premyer Liqasının 9-cu turunun “Qəbələ” - “Qarabağ” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Qəbələ” klubu 1600 manat cərimə olunub. pizza hut

Oyunda “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov oyunun 43-cü dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

"Neftçi” - “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Neftçi” klubu 1600 manat cərimə olunub. “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

"Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!