AFFA bu klubu bütün yarışlardan kənarlaşdırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA bu klubu bütün yarışlardan kənarlaşdırdı

İdman

12 İyul 2024 19:08 922


Azərbaycan I Liqasında iştirak edən "İrəvan" AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb.

Yenisabah.az Apasport.az-a istinadən xəbər verir ki, bunu qurumun icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra açıqlamasında bildirib.

Qurum rəsmisi bunu belə izah edib: "İcraiyyə Komitəsinin qərarına əsasən, "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir. Bir neçə ay öncə "İrəvan" klubunun 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. "İrəvan"ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək". Dördpendirli pizza

Qeyd edək ki, "İrəvan" klubu ötən 27 xalla turnir cədvəlinin 7-ci pilləsində bitirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!