AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunur

İdman

21 Aprel 2022 18:11 421


AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv ediləcək.

Yenisabah.az xəbər verir ki, bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən Fransanın paytaxtı Parisdə FIFA-dakı yeni işinə başlayacaq. Bu səbəbdən də E.Məmmədov Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov kimi ictimai əsaslarla vitse-prezident işləyəcək və AFFA-dan maaş almayacaq. Pepperoni pizza

AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında baş katibin vəzifələri tam dəqiqliklə müəyyənləşdiriləcək və icraçı vitse-prezident vəzifəsi rəsmən ləğv olunacaq.

Qeyd edək ki, Elxan Məmmədov FIFA-da Avropa Milli Assosiasiyaları üzrə direktor vəzifəsinə təyin olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!