AFFA dalaşan futbolçuları cəzalandırdı 

saytların hazırlanması

Evə çatdırılma

AFFA dalaşan futbolçuları cəzalandırdı 

İdman

24 May 2024 14:47 838


Azərbaycan çempionatının aşağı liqalarında təcavüzkar davranışa yol verən futbolçular cəzalandırılıblar. 

Yenisabah.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib. 

I Liqada XXVII turun “Difai Ağsu” ilə matçında “Zaqatala”nın futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyun cəzalanıb, klubunu 300 manat cəriməyə məruz qoyub.  Dominos pizza

II Liqada XXVI turun “Dinamo” – “Sheki City” qarşılaşmasında da xoşagəlməz hadisə yaşanıb. Matçın 90-cı dəqiqəsində “Dinamo”nun oyunçusu Şahin Əliyev və “Sheki City”dən Sərcan Omarov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıblar. Hər iki futbolçu rəqibi vurduğu üçün 4 oyun cəzalanıb, klublar hərəyə 300 manat cərimələnib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!