Türkiyənin “Fotospor” nəşri Superkubok oyunu üçün AFFA-nın TFF-ə məktub göndərdiyini yazıb.
Yenisabah.az “Operativ Media”ya istinadla xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məktubun mövcudluğunu təkzib edib.
Onun sözlərinə görə, AFFA TFF-ə məktub göndərməyib: Dominos pizza
“Türkiyə Superkuboku uğrunda oyunla bağlı yaxın günlərdə AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar olmayıb. AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub da göndərməyib.
Türkiyə qardaş ölkədir və bilirik ki, Azərbaycanda Türkiyə futbolunun, klublarının nə qədər azarkeşi var, onlar necə sevilir. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır”.
Telegram kanalımız