“Ermənistan - Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcəyik”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli deyib.
Qurum sözçüsü ermənilərin mütəmadi olaraq belə təxribatlar törətdiyini bildirib: Toyuqlu pizza
“Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq”, - qurumun sözçüsü bildirib.
Xatırladaq ki, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda baş tutan Ermənistan - Xorvatiya matçında ermənilər meydança üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin əsgi parçasını nümayiş etdiriblər.
Telegram kanalımız