AFFA Ersun Yanalla danışıqlara başladı - Qurumun nümayəndələri Türkiyəyə yollanıb

saytların hazırlanması

Evə çatdırılma

AFFA Ersun Yanalla danışıqlara başladı - Qurumun nümayəndələri Türkiyəyə yollanıb

İdman

04 Mart 2020 16:25 711


Ersun Yanal futbol üzrə Azərbaycan millisini çalışdıra bilər. "Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, AFFA hazırda işsiz olan mütəxəssislə danışıqlar aparır. Bu səbəbdən qurumun səlahiyyətli şəxsləri hazırda Türkiyədədir. Qeyd edək ki, bir neçə gün əvvəl "Fənərbaxça" 56 yaşlı çalışdırıcı ilə yollarını ayırıb. O, 2018-ci ildən İstanbul təmsilçisinin sükanı arxasında idi. Xatırladaq ki, AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov bir müddət öncə mediaya açıqlamasında bildirmişdi ki, milli üçün baş məşqçi adına namizədlər siyahısında 32 nəfər var. Onların arasında Ersun Yanalın adı da çəkilirdi.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!